Ru
09:12 / 30 Mart 2024

Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

1995
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsilə yol-hərəkəti qaydasını pozduğuna görə, Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.


Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər