Ru
14:39 / 21 Sentyabr 2025

Biləsuvarda sürücü ürək tutmasından öldü

Biləsuvarda sürücü ürək tutmasından öldü
Eye

Biləsuvarda avtomobil idarə edən sürücü qəfil ürək tutmasından ölüb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.


Hadisə yerində həyatını itirən sürücünün ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar