Ru
17:58 / 12 May 2022

Binəqədidə sakinlərin müraciəti dinlənildi - FOTO

493
Bu gün paytaxtın Binəqədi rayonunda növbəti "Açıq mikrofon" aksiyası baş tutub.


Bakupost.az xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya iştirakçılarını salamlayaraq onları narahat edən məsələləri rahat şəkildə səsləndirməyə çağırıb.

Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev Birliyin səlahiyyətləri çərçivəsində bütün lazımi dəstəyin veriləcəyini qeyd edib. Sakinlər "Açıq mikrofon" aksiyasında bəzi hallarda qaz təzyiqinin aşağı olması, sonradan ödənişli sayğacın əvvəldən ödənişli sayğacla əvəz olunması və s. müraciətləri ünvanlayıblar. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Bütün müraciətlərin qeydə alınaraq “Azəriqaz” İB-nin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Aksiyada “Azəriqaz” İB-nin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər. Məlumat üçün bildirək ki, bu gün təşkil olunan görüş “Açıq mikrofon” aksiyası çərçivəsində ümumilikdə sayca 63-cü görüşdür.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər