Ru
13:31 / 22 Fevral 2024

Bir həftədə 7 rus döyüş təyyarəsi vuruldu - Zelenski

Bir həftədə 7 rus döyüş təyyarəsi vuruldu - Zelenski
Eye

Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Rusiyanın 7 Suxoy (Su) tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, Zelenski dünən axşam verdiyi açıqlamasında deyib:

“Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın 'Su' reaktivləri olan 7 döyüş təyyarəsi vurulub. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir”.

Yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirən Zelenski, “Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bunlara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatları və Ukraynanı, dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir. Önümüzdəki həftələrdə bir neçə yeni təhlükəsizlik sazişi hazırlayırıq. Bunları hazırlayan komandalarımıza və tərəfdaşlarımıza minnətdaram”, deyib.

Aygün
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar