Ru
12:32 / 08 Aprel 2025

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən cavab

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən cavab
Eye

"Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə fəaliyyət göstərir. Lakin bu say elmi məhsuldarlıqla mütənasib deyil”.

Bakupost.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Elm festivalı”nda səsləndirib.

Nazir xüsusi olaraq qeyd edib ki, ayrı-ayrılıqda tədqiqatçıların əməyini qiymətləndirmək lazımdır. Lakin ümumi mənzərəyə baxdıqda bəzi elmi müəssisələrdə, ümumiyyətlə, elmi məhsul istehsal olunmur:

"Halbuki ölkə üzrə elmin maliyyələşdirilməsi eynidir. Məsələn, bir qurumun illik saxlanma xərci bir milyon manat təşkil edir, lakin nəticədə təqdim olunan elmi məqalələrin sayı cəmi bir ədəddir. Əgər biz elmin inkişafını təmin etmək istəyiriksə, səmərəli maliyyələşməni təşkil etməliyik”.

Emin Əmrullayev əlavə edib ki, 37 təşkilatda aparılan optimallaşma nəticəsində 17 elmi təşkilat təsis olunub. Lakin bu dəyişikliklər çərçivəsində ixtisarlar nəzərdə tutulmur.

"Məqsəd bu deyil”, – deyə nazir vurğulayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar