Ru
13:26 / 11 Mart 2026

SEPAH “yeni hədəflər”inin siyahısını yaydı

SEPAH “yeni hədəflər”inin siyahısını yaydı
Eye

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Tasnim” xəbər agentliyi texnologiyası hərbi məqsədlər üçün istifadə edilən ABŞ-nin aparıcı şirkətlərinin siyahısını dərc edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, materialda bu qurumlar “İranın yeni hədəfləri” adlandırılıb.

“Regional müharibənin əhatə dairəsi infrastruktur müharibəsinə qədər genişləndikcə, İranın qanuni hədəflərinin əhatə dairəsi də genişlənir”, - agentlik bildirib.

Şirkətlər arasında “Google”, “Microsoft”, “Palantir”, IBM, “Nvidia” və “Oracle” də var. Həmin şirkətlərin İsrail və körfəz ölkələrindəki ofis və infrastrukturlarının hədəfə alına biləcəyi vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar