Azərbaycanın kənd təsərrüfatı sahəsi İrandan aslı vəziyyətdə deyil.
Bakupost.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Modern.az-a açıqlamasında bildirib.
Nazir qeyd edib ki, İranda baş verən münaqişələr məhsul istehsalından daha çox logistika məsələlərinə təsir göstərə bilər:
“Ancaq kənd təsərrüfatı sahəsində Azərbaycanın asılı olduğu logistika xətləri baxımından, məsələn, gübrənin ölkəyə idxalı İran üzərindən həyata keçirilmir. Bu səbəbdən də baş verən hadisələrin qiymətlərə təsir göstərəcəyinə inanmıram. Çox cuzi miqdarda İrandan vaxtı ilə kartof idxalımız olub, hazırda kartof Azərbaycanda istehsal olunur. Ona görə də bu məhsulun da qiymətində ciddi dəyişiklik olacağına düşünmürəm. Bu məsələ barədə daha detallı danışmaq üçün İranla ticarət dövriyyəsinə də baxmaq lazımdır. Əgər ticarət dövriyyəsində kənd təsərrüfatı məhsulları yer alırsa, onların ayrıca analiz edilməsi vacibdir. Hələlik isə ciddi bir kənarlaşma siqnalı almamışıq”.
Nazir münaqişənin uzanacağı fonunda baş verə biləcək risklərdən də danışıb. M. Məmmədov qeyd edib ki, bazarda məhsulun bahalaşması üçün bazarda həmin məhsulun təklifi və ya bazara çıxarılan həcmi azalrsa qiymət arta bilər:
“Qiymət artımının baş verməsi üçün hansısa məhsulun dövriyyəsi azalmalıdır. Bizdə kənd təsərrüfatı sahəsində İrandan asıllıq yoxdur. Vaxtı ilə kartof idxalı eyni zamanda qaymaq idxalı olub. O isə 2025-ci ildə azalıb. Ciddi həcmdə deyil. Kartofun istehsalı da ölkədə kifayət qədərdir, lakin loqistik olaraq soyuq hava depoları yetərli deyil. Soyuq hava anbarları daha çox inşa edildikcə və logistika baxımından bu imkanlar ölkə daxilində təmin olunduqca, həmin məhsulların İrandan idxalına da ehtiyac qalmayacaq”.