Ru
14:09 / 11 Mart 2026

Bakıda əl enerjisi ilə "müalicə" - Qiymət... - VİDEO

Bakıda əl enerjisi ilə "müalicə" - Qiymət... - VİDEO
Eye

"Bİ ES VİP" estetik klinikasında izdihamlı anlar yaşanıb.

Bakupost.az xəbər verir ki, hadisə bu günlərdə baş verib.

Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə edən özbək əsilli, "Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı "həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Müasir tibbdə enerji terapiyası alternativ tibb və ya parapsixologiya sahəsinə aid edilir.

İqbol Soliyevin "Bİ ES VİP” estetik klinikasında qəbuluna minlərlə xəstə gəlib. Bir xəstənin qəbulu 60 manat olub.

Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, iki günük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar