Ru
16:35 / 10 İyun 2022

“Biz teatrla yaşayan gənclərdənik” - Roza Zərgərli

“Biz teatrla yaşayan gənclərdənik” - Roza Zərgərli
Eye

“Teatr dəyişməz olaraq qalır. Öz kütləsini tanıyır, kütlə də onu tanıyır”.


Bu sözləri müğənni Roza Zərgərli "M Teatr"ın açılışında Bakupost.az -a açıqlamasında deyib.


O, teatrların gənclərin həyatındakı rolunu vurğulayıb:


“İndi “TikTok” və digər sosial şəbəkə platformaları, keçmişdə isə televiziya, yaxud başqa nələrsə gəncləri teatrdan ayırırdı. Amma sağlam gənclik, teatr sevənlər, ədəbiyyat sevənlər nə qədər sosial media nümunəsi çıxsa da, teatrı həmişə üstün tutacaq. Teatr ruhun qidasıdır. Biz teatrla ruhlanan, yaşayan gənclərdənik. İndi bizim övladlarımız da teatrdan anlayışı olan gənclərdəndir. “M Teatr”a uğurlar arzulayıram. Çətin bir dövrdə çətin yola addım atıblar. Gənclərimiz də “TikTok”da oturub öz teatrlarını yaratmaqdansa, tamaşaçı qismində gəlib səhnədə baş verənlərin real şahidi olsalar, daha müsbət aura alarlar. “TikTok” və s. gəldi-gedərdir. Belə sosial şəbəkələr sıra ilə bir-birini əvəz edir. Teatr dəyişməz olaraq qalır, öz kütləsini tanıyır, kütlə də onu tanıyır”.


Gənclər “TikTok”dan qazandıqları pulla gündəlik xərclərini ödəyə bilər, amma bu onlara gələcək üçün kapital deyil. Sənət yaradıcılığı isə gələcəyə kapitaldır. Savadlı şou-biznes kotingentləri var. Teatr onların da maraq dairəsindədir. Səhnəni sevən insanlar üçün sözsüz ki, teatr önəmlidir”.


Fərid
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar