Ru
12:39 / 30 Sentyabr 2022

“Bizimki qədər öz şəhidinə, qazisinə hörmət göstərən dövlət tapmaq çətindir” - Deputat

1934
“Ayrı-ayrı dövlət qurumlarında şəhid ailələri, qazilərlə münasibətdə, kommunikasiyada problemlər yaranır. Bundan da Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbədən narahat olanlar istifadə etməyə çalışırlar”.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Sahib Alıyev bildirib.


Millət vəkili qeyd edib ki, bunun səbəbi aydındır: “Biz II Qarabağ savaşında təkcə “hay diasporu”nun gücü ilə bağlı mifləri darmadağın etmədik. Eyni zamanda bizim kimi kiçik dövlətlərə təsir etmək istəyən qüvvələri də məhv etdik. Azad olunmuş ərazilərdə öz canlarından keçən şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsinə baxılmasını təklif edirəm. Hər bir şəhdin adına küçə, ya da park salına bilər. Bu son dərəcə həssas məsələdir və ümid edirəm ki, biz bu yöndə ortaq məxrəcə gələ biləcəyik”.


Onun sözlərinə görə, Azərbaycan dövlətinin iqtisadi potensialını, azad edilən ərazilərdə aparılan quruculuq işlərini nəzərə almaqla demək olar ki, bizim dövlətimiz qədər öz şəhidinə, şəhid ailəsinə, qazisinə hörmət və ehtiram göstərən dövlət tapmaq çətindir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər