Ru
14:28 / 15 Yanvar 2022

"Biznesi də yoxdur ki, onunla məşğul olsun..." - Novruz Məmmədov işdən çıxarılan oğlu haqqında

20785

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədov təqaüdə göndərilib.




Bakupost.az xəbər verir ki, Novruz Məmmədov Qaynarinfo-ya açıqlamasınsa hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.

"Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi "ata alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə, təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, övladlarına sərf edir” , - deyə Novruz Məmmədov bildirib.

Sabiq Baş nazir övladının biznesinin olmadığını da deyib:

"Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu asan iş deyil".

Şərhlər
  • Fərman Abakərov

    Salam Aleykum, halal olsun belə ataya və belə övlada. Sözün düzü birinci dəfədir ki, yuxarıda oturanlardan belə səs-soraq eşidirəm.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər