Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşü başlayıb.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Blinken görüşə son sərhəd qarşıdurması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verməklə başlayıb.
“Atəşkəsin əldə olunması və son bir neçə gündə heç bir eskalasiyanın baş verməməsi bizi ruhlandırır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan söhbətlərim zamanı hər iki lider sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur, Ermənistan və Azərbaycan arasında böhranın hərbi yolla həlli yoxdur, bunun əvəzinə sülhə aparan və fikir ayrılıqlarını həll edən diplomatik yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni edəcək”, - Blinken deyib.
Zaur
BakuPost