Ru
17:55 / 30 May 2024

Blinken Sanduya müxalifəti təmizləməyi təklif edib - Rus nəşrindən iddia

1290
ABŞ dövlət katibi Entoni Blinken Kişineuda Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, Dövlət Departamenti rəhbərinin səfəri prezident seçkiləri və ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum ərəfəsində baş tutub. Amerika rəsmisinin səfəri günü tanınmamış Dnestryanı ilə bağlı vəziyyət daha aydın olub: Aİ respublikanı öz sıralarına mübahisəli bölgəsiz qəbul etməyə hazırdır.

ABŞ dövlət katibi Entoni Plinken Prezident Maya Sandu ilə görüşü zamanı Rusiyadan daxil olan dezinformasiya ilə mübarizəyə 50 milyon dollar ayıracağını vəd edib.

"Biz 50 milyon dollar ayırmaq üçün Konqreslə işləyəcəyik ki, bu da Moldovanın Rusiyanın müdaxiləsinə müqavimət göstərmək, azad və ədalətli seçkilərin keçirmək və Avropaya inteqrasiya yolunu davam etdirmək qabiliyyətini gücləndirəcək", - Blinken çərşənbə günü deyib.

ABŞ respublikanın enerji təhlükəsizliyi və enerji səmərəliliyini artırmaq üçün respublikaya daha 85 milyon dollar ayırmaq niyyətindədir.

Politoloq Dmitri Kiseyevin "MK"-ya bildirib ki, Dövlət Departamenti rəhbərinin səfəri Vaşinqtonun prezident seçkiləri öncəsi hazırkı Moldova rəhbərliyinə və şəxsən Maya Sanduya dəstəyinin nümayişidir.

“Blinkenin səfəri qarşıdan gələn prezident seçkiləri kampaniyası və Avropa İttifaqına üzvlüklə bağlı referendumla bağlıdır. O, ölkənin hazırkı prezidenti Maya Sandunun yenidən seçilməsi ilə bağlı vəziyyətin necə olduğunu anlamalı idi. Çünki amerikalılar bu kampaniyada ona "stavka" edirlər”, - ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, tərəflər Sandunun yenidən seçilməsini mümkün qədər asanlaşdıracaq əlavə məsələləri də müzakirə edə bilər: “Blinkenin seçkilər zamanı hakimiyyətin potensial təhlükələrin öhdəsindən gələ biləcəyini başa düşməsi vacib idi. Etiraf edim ki, səfər zamanı ona seçki strategiyasını düzgün hazırlamaq üçün müxalifəti təmizləmək planı təqdim olunub”.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər