Ru
18:23 / 15 İyul 2025

Bomba qoxusunu alan it ayağını itirsə də, onlarla insanı xilas etdi - FOTO

Bomba qoxusunu alan it ayağını itirsə də, onlarla insanı xilas etdi - FOTO
Eye

Kolumbiyada “Sanson” ləqəbli hərbi it Yondo bələdiyyəsinin La-Raya kəndi yaxınlığında milli ordunun bölməsi ilə birlikdə kəşfiyyat əməliyyatında iştirak edib.

Bakupost.az “Daim Mail”ə istinadən xəbər verir ki, o, həm hərbçilər, həm də yerli sakinlər tərəfindən tez-tez istifadə olunan cığırda gizlədilmiş əldəqayırma bombanı ilk olaraq aşkar edib.

Partlayış nəticəsində it ağır xəsarətlər alıb, o cümlədən bir ayağı parçalanıb. Ağrılara baxmayaraq, Sanson sürünərək əsgər Karlos Eduardo Belenoya çatmağı bacarıb və fədakarlığın, cəsarətin simvoluna çevrilib.

“Dördayaqlı qəhrəmanımız bir ayağını itirdi, lakin 36 əsgərin və yüzlərlə kənd sakininin həyatını xilas etdi”, - Kolumbiya Milli Ordusunun İkinci Diviziyasının sosial şəbəkələrdə yaydığı açıqlamada deyilir.

Təcili əməliyyatdan sonra heyvan hazırda baytarlıq klinikasında reabilitasiya prosesindədir. Hərbçilərin sözlərinə görə, Sanson üçün xidmət həyatı başa çatıb, lakin onun qəhrəmanlığı Kolumbiya ordusunun tarixində əbədi qalacaq.

Lalə,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar