Ru
18:25 / 19 Yanvar 2026

Tramp bunu etsə, adını dünya tarixinə yazdıracaq - Korotçenko

Tramp bunu etsə, adını dünya tarixinə yazdıracaq - Korotçenko
Eye

Bu və ya digər ssenari üzrə Qrenlandiya ABŞ tərəfindən ilhaq edilərsə, bu, Trampın adını ABŞ və dünya tarixində əbədiləşdirər və 21-ci əsrdə sabitliyi baxımından Amerikanı əsas güc mərkəzləri, ilk növbədə Çinlə geosiyasi rəqabətdə əsas faktora çevirər.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

O bildirib ki, Qrenlandiyanın mümkün ilhaqını Luiziana ştatının alınması ilə müqayisə etmək düzgün deyil:

"Biz 21-ci əsrdə olduğumuz üçün buradakı reallıqlar tamam başqadır. Tramp Qrenlandiyanı götürsə, bu, heyrətamiz qlobal hadisə olacaq. Belə bir hadisənin mümkünlüyü hər kəsin təxəyyülünü heyrətləndirir. Bütövlükdə Qrenlandiyanı “udmaq” cəhdi ABŞ və Çin arasında qlobal qarşıdurma kimi qiymətləndirilməlidir".

Ekspert əlavə edib ki, ABŞ bir nömrəli iqtisadi güc statusunu itirir və Trampın bütün təşəbbüslərinə qlobal rəqabət prizmasından baxılmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar