Ru
17:24 / 27 Dekabr 2021

“Bravo”dan içindən qurd çıxan toyuqla bağlı açıqlama

“Bravo”dan içindən qurd çıxan toyuqla bağlı açıqlama
Eye

Müğənni Xatirə İslamın “Bravo” marketdən aldığı vaxtı keçmiş toyuqla bağlı paylaşdığı video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.


Bakupost.az -ın məlumatına görə, bununla bağlı Axar.az-ın sorğusuna “Bravo”dan cavab olaraq bildirilib ki, şikayət barədə artıq müvafiq izahat Xatirə İslamın özünə təqdim olunub.

“Müştərinin şikayəti birbaşa özünə müvafiq izah formasında təqdim olunub. Bu barədə digər şəxslərə əlavə məlumat verə bilməyəcəyik”, - açıqlamada bildirilib.

Qeyd edək ki, müğənni “Bravo” şəbəkəsinin Nəsimi rayonu Süleyman Rüstəm küçəsi-31 ünvanında yerləşən mağazasından “Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdığını bildirib.

Eyni zamanda, o, aldığı şirniyyatın da vaxtının keçdiyini söyləyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar