Ru
12:42 / 08 Avqust 2022

“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu

“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu
Eye

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker MMC” rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.



Bakupost.az APA-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.


Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.


Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.


Həmçinin oxuyun:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar