Ru
10:32 / 03 Yanvar 2022

Bu gündən imtahan sessiyası başlayır

Bu gündən imtahan sessiyası başlayır
Eye

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır.

Bakupost.az xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən imtahanlar əyani formada təşkil ediləcək.

Qeyd edək ki, koronavirusa yoluxan tələbələrin imtahanda iştirakının necə olacağı isə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili" qaydalarında əksini tapıb.

Belə ki, üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar