Ru
11:45 / 27 Yanvar 2023

Bu hadisə İranın icazəsi ilə törədilib? – Zərdüşt Əlizadədən ilginc açıqlama

10172
Xəbər verdiyimzi kimi, bu gün Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Baş verənləri Bakupost.az –a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, bu, çox təəssüf doğuran hadisədir:

“Bu onu göstərir ki, İranda hakimiyyətin siyasəti dəyişib. Mövcud problemləri səbrlə, tədricən dəyişərək, həll etmək əvəzinə hansısa radikal addımlara üstünlük verirlər.

ABŞ səfirliyinə hücum, amerikan diplomatlarının girov götürülməsi sonradan Amerika ilə İran arasında düşmənçilik görünür, hansısa dairələrə Azərbaycanla İran arasında da belə düşmənçilik əlaqələrinin yaranmasını vəd verir.

Ona görə də belə mənasız, İrana da, Azərbaycana da zərər gətirən addımlar atılır. Düşünürəm ki, indi çox şey İran rəhbərliyindən asılır”.

Politolopun fikrincə, bu, daxili qruplaşmaların Xameneiyə qarşı təxribatı da ola bilər:

"Belə bir xoşagəlməz hadisə olubsa, düşünmürəm ki, bunun İran rəhbərliyinin icazəsi ilə ediblər. Görünür, hakimiyyət daxilində ciddi parçalanmalar var, hansısa qüvvələr çalışırlar ki, Xameneiyinin mövqeyini zəiflətsinlər.

Əgər Xamenei qəti və kəskin şəkildə öz mövqeyini bildirsə, günahkarların ciddi cəzalandırılmasına nail olsa, onda bilərik ki, bu, ali rəhbərin xətti deyil. Əgər ümumi boş sözlərlə kifayətlənsə aydın olacaq ki, bu, İranın ali siyasi rəhbərinin xəttidir və bundan da təbii ki, nəticələr çıxarılacaq. İran-Azərbaycan münasibətlərinin kəskin pisləşməsinə gətirəcək”.




Aygün
Baku Post

Həmçinin oxuyun:



Şərhlər
  • Roma

    Bu xameneyi millətcə azərbaycanlıdır, daş elə azərbaycanlının başına ki, ermənini öpüb yuxarı başa keçirir, azərbaycanlının ölümünə fətva verir, özünündə Xiyabaniyə qohumluğu çatır, əclafın...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər