Ru
11:17 / 27 Yanvar 2023

Silahlı hücumda həlak olan şəxs şəhid elan edildi

Silahlı hücumda həlak olan şəxs şəhid elan edildi
Eye

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.


Orxan Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

Qeyd edək ki, xarici ölkələrdəki səfirliklər təmsil etdiyi ölkənin suveren ərazisi hesab edilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar