Ru
15:49 / 13 May 2025

Avtomobil Yolları Dövlət Agentliyi məhkəməyə verilir

Avtomobil Yolları Dövlət Agentliyi məhkəməyə verilir
Eye

Qazax rayonu Hüseynbəyli kənd sakini Əliyev Aqil Möhsüm oğlu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verir.

Bakupost.az-ın xəbərinə görə, onun mətbuata müraciətində bildirilir ki, “Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi hissəsinin tikintisi” layihəsi mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən hissəsinə görə kompensasiyasını ala bilmir. Bir neçə ildir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən yol çəkilib istifadə olunur.

Müraciətdə bildirilir ki, onun və ailəsinin mülkiyyətinə verilmiş 148,6 sot torpaq sahəsindən 45,13 sot hissəsi yolun tikintisi altına düşdüyünə görə müstəqil qiymətləndirici tərəfindən 14487 (on dörd min dörd yüz səksən yeddi) manat kompensasiyanın “Kapital Bank” ASC-nin Qazax Filialına köçürüldüyü deyilir.. Amma Azərbaycan Avtomobil Yolları Agenitliyi tərəfindən hüquqları pozulur, maddi ziyan çəkməli olur. Məhkəmə qətnamələrinə belə məhəl qoyulmur.

A.Əliyevin media subyektlərinə göndərdiyi müraciətdə göstərilir ki, indi avtomobil yolu keçən ərazini Yusifov Bəkir Volodiya oğlundan alıb, əldə notarius qaydasında alqı-satqı müqaviləsi var. Bu ərazi yol tikintisinə düşdüyündən həvəslənən Bəkir Yusifovla məhkəmə qaydasında problemi həll olunub. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə həmin ərazidə mənə məxsus olan torpağın hüquqi mülkiyyətçisi olduğum təsdiqlənir və torpaq sahəsinin bölgüsü aparılıb. Məhkəmə qətnaməsində əksini tapır ki, Bəkir Yusifov və digərləri ilə ümumi mülkiyyətimizdə olan 148,6 sot torpaq sahəsinin 1,24 hektarı mənə, 0,246 ha hissəsi isə Bəkir Yusifova məxsusdur. Mülkiyyətimdə olan torpaq sahəsinin sərhədləri belə müəyyən edilib. Amma Avtomobil Yolları Dövlət Agentliyi bütün bu qanuni işlətmələri həyata keçirməyimə mane olur, torpaq sahəsinə çıxarış istəyir. Mülkiyyət hüququmu dövlət reyestrində qanuniləşdirmək, çıxarış almaq isə çətinə düşüb. Çünki mənə aid olan torpaq sahəsindən 4 ildir ki, yol çəkilib. Yola düşən bu hissəni, dövlət mülkiyyətinə keçirildiyinə, yəni avtomobil yolu çəkilmə səbəbindən dövlət reyestri qeydiyyata almır. Bəs belə olduğu halda nə etməli?



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar