Ru
12:29 / 29 Avqust 2019

Ovçular icazəni “ASAN xidmət”dən alacaq - RƏSMİ

26564
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə gələn aydan "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək.


BakuPost xəbər verir ki, bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.


O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi "ASAN xidmət” mərkəzində həyata keçiriləcək.


İ.İbrahimova qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər