Ru
19:29 / 27 Oktyabr 2022

Bu medalyondan dünyada cəmi 4 ədəd var: yüksək qiymətə satıldı - FOTO

Bu medalyondan dünyada cəmi 4 ədəd var: yüksək qiymətə satıldı - FOTO
Eye

Üzərində Fateh Mehmetin təsviri olan medalyon İngiltərənin paytaxtı Londonda baş tutan hərracda 818 min lirəyə satılıb.



Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, Fatehin "Bizans imperatoru" olaraq təsvir edildiyi medalyondan dünyada cəmi 4 ədəd var. Medalyon Fatih Sultan Mehmetin ölümündən sonra Neapolda hazırlanıb.



Bürüncdən hazırlanmış medalyon İntibah dövrünün ən gözəl portret medalyonlarından biri hesab olunur.



Onun digər 3 nüsxəsindən biri Nyu Yorkdakı Metropoliten Muzeyində, digərləri Oksforddakı Ashmolean və Londondakı Viktoriya və Albert Muzeylərində nümayiş etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar