Ru
15:11 / 12 May 2022

Bu ölkədə menstruasiya günlərində qadınlar 3 gün işləməyəcək

Bu ölkədə menstruasiya günlərində qadınlar 3 gün işləməyəcək
Eye

80% qadınlar menstruasiya öncəsi və növbəti 3 gündə kəskin ağrı sindromundan əziyyət çəkir, iş qabiliyyəti aşağı düşür.


Bakupost.az xəbər verir ki, İspaniyada kəskin menstruasiya ağrıları olanlara işdən 3 günlük icazə veriləcək.

İspaniya Mamalıq Cəmiyyəti bildirib ki, dismenoreya kimi şiddətli ağrılardan əziyyət çəkən qadınların həmin günlər işləməsi fiziki, mənəvi olaraq əziyyətlidir.

Buna görə də ciddi ağır menstruasiya keçirən qadınlara güzəşt olunmalı, onlara hətta müvəqqəti əlillik verilməlidir.

Həmin günlər evdə qalıb dincəlmələrinə imkan yaradılmalıdır.

İspaniyanın yeni islahatlar paketində məktəblərdə qızlara bezlərin paylanması, bez və tamponların ƏDV-dən azad olunması nəzərdə tutulur.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar