Ru
10:38 / 13 İyun 2024

Bu qidalar tərlədir - Yayda istifadə etməyin

Bu qidalar tərlədir - Yayda istifadə etməyin
Eye

İsti günlərdə bədən istiliyini artıran və həddindən artıq tərləməyə səbəb olan qidalar var.

Bakupost.az həmin qidaları təqdim edir:

Acı qidalar

Acı sous, bibər və digər ədviyyatlarda olan kapsaisin adlı kimyəvi birləşmə beyindəki sinir reseptorlarına bağlanır. İstilik olaraq ötürülən bu vəziyyət bədənin tərləməsi ilə nəticələnir.

Kofein

Çay və qəhvə kimi tərkibində kofein olan qidalar və içkilər sinir sisteminə daimi xəbərdarlıq göndərir. Mərkəzi sinir sisteminə təsir etdikdə, tər vəziləri aktivləşməyə başlayır.

Ət

Tərkibində yüksək protein olan ətlər uzun müddət həzm oluna bilər və orqanizmin enerji xərcləmə qabiliyyətini artırır. Bu vəziyyətdə tərləmə arta bilər.

Darçın

İstiləşdirici xüsusiyyətə malik ədviyyatlardan biri olan darçın qış aylarında daha çox istifadə edilsə də, yayda ona üstünlük verilməməlidir.


Aygün
BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar