Ru
17:28 / 31 Oktyabr 2022

Bu şəxslər uşaq musiqi və incəsənət məktəblərində işləyə biləcək

Bu şəxslər uşaq musiqi və incəsənət məktəblərində işləyə biləcək
Eye

“Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na 2022-ci ilin yanvar ayında dəyişiklik edilib.


Bu barədə Bakupost.az -a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinni rəhbəri Nuridə Allahyarova məlumat verib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na 2022-ci ilin yanvar ayında dəyişiklik edilib və bu dəyişiklik nazir Anar Kərimovun müvafiq tapşırığı ilə hazırlanan qərar layihəsi əsasında olub.


Həmin qərara əsasən binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan mütəxəssislərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyət aparmasına icazə verilib.


Həmçinin qərara dəyişiklik bu ilin yanvar ayında olunsa da, icrası bu gün təmin olunduğu diqqətə çatdırılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar