Ru
10:27 / 28 May 2026

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər   - Vacib açıqlama
Eye

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Məsələn, bir vətəndaş bildirir ki, anası 40 il müəllim işləyib və hazırda 64 yaşı var. Onun pensiya hesabında kifayət qədər vəsait toplansa da, ailə həmin vəsaitdən istifadə edə bilmir. Vətəndaş qeyd edir ki, anası ağır xəstədir və müalicəsi üçün ciddi maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən o, pensiya fonduna yığılan məbləğin müalicə məqsədilə geri qaytarılmasını təklif edir. Bundan əlavə, insanlar hesab edir ki, şəxs vəfat etdikdən sonra həmin vəsaitin ailəsinə verilməməsi narazılıq yaradır.

Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir deyib.

“Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub”.

Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədəuyğun olardı:

“Nəticə etibarilə, belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Bu baxımdan, təbii ki, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə addımların atılması məqsədəuyğundur”.

Deputat sonda əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqini müşahidə edə bilərik.

Şərhlər
  • İsmayılov Fərhad

    Mende Zabit olmuşam,23 il xidmet edib təqaüdə çıxmışam,kapitalim 286.900 azndir,ancaq ne olsunki,veren var öz emek haqqimizdan yigilan pulumuzu bize?

  • Fərid Hüseynov

    Hazırda bir sıra maliyyə alətlərinə marağı artırmaq istəyirlər. Xaricdə də bu praktika var ki, pensiya kapitalını müxtəlif istiqrazlara, səhmlərə yatıra bilirlər. Mən deyərdim pensiya kapitalının müəyyən faizini dövlət istiqrazlarına, səhmlərə yatırılması üçün şərait yaradardılar.

  • Xeyale

    Məndə istəyirəm 12 min pensiya kapitalından mənə verilsin kreditimi bağlayım

  • Əliyev Yaşar

    Vüqar Bayramov yaxşı adamdır, xalq üçün yaxşı təkliflər irəli sürür, bəzilərinə tam da olmasa, nail ola bilir. Devalvasiyadan sonra kompensasiya qaytarılması da onun təklifi olub

  • İsa sirinov

    Dövletde bir manat borcumuz olanda basıb gözümüzü çixarib alırlar hele üstünde faiziynen amma vətəndaşin dövletde pulu bax bele batır gedir bunu görən yoxdu

  • Şaban Yunusov

    Bu söhbətlər fərziyyədir burada danışan deputatlar özlərinə xal yığır onlar elə mövzuda danışırlar ki, o məsələ hər zaman kasıbın qulağına xoş gəlir ama heç vaxt həllini tapmır

  • Mənsurə mövsumova.

    Bakı

  • Əzimova Sevinc

    Anam 49 yaşında rehmete getdi 20 illik stajı vardı hecne vermediler

  • Nəsibli Günel

    Minimum əmək haqqı alıram 400 m təhsildə iştirəm 10 min bangım var 300 ora ödüyürəm 100 manatla necə dolanım? Qardaşım vətən müharibəsi qazisidi. Xahiş edirəm heç olmasa Bangımı bağlıyın 400 manatla bir təhər keçim bu aydan o aya

  • Vusal

    Qardaş pensiya qazanılmış hüququdur kapitalında 40 olana 20 min 60 min olana 30 min verilməlidi o həmin şəxsin şəxsi vəsaitidir pensiya kapitalı yığanda acından.olur istəməyəndə qardaş verin camaatın pensiya kapitalının yarsın illərlə əziyyət çəkib indidə gedib öz həyat problemlərin həll etsin

  • Aynurə Səfərova

    Mənim 17 il iş stajim var. 22000 min pensiya kapitalizm yiğilib, hal hazirda işləyə bilmirəm iki uşağa baxıram. 25 ili tamamlaya bilmirəm. O məbləği versələr uşaqlarıma baxmağa cox yardim olar. Xahiş edirəm bu məsələ xalqa müsbət tərəfini tapsın. 25 il staj olmadıqda kapital batir , ancaq 220 man nedi ki? Dərmanların qiymetleri ve bazar qiymetlerin nezere alin , sefil günündə yaşamayaq. Avropada pensiyaçılar dünyanin gezmeye başlayırlar. Bizde nəinki gəzmək 220 manatnan heç 10 gün yaşamaq olmur

  • Üzeyir Manafov

    Mənim hal hazırda pula çox ehtiyacım var və mənim pensiya kapitalımda 11000 manat pulum var, həmin yığılmış pulu mənə tam şəkildə dövlət versə mənə daha yaxşı olar, mən öz yığdığım pulu istəyirəm, heçkəsdən borc istəmirəm.

  • Anar Məmmədov

    Onkoloji xəstəyəm xahiş edirəm müalicəm üçün pensiya kapitalımın 30% verin istifadə edim Allah rızası üçün

  • Rəşad Məmmədov

    45 min kapitalım var versəydilər bank kreditimi bağlayardım, 750 manat maaşla həm ailə saxlayıb həm kirayə pulu verib həm də kredit ödəmək çox çətindi. Mənə elə gəlir ki bu məbləğlər heç sosialın büdcəsində yoxdur, ancaq sənədlərdədir.

  • Cavidan Əliyev

    Dövlətimiz bütün istiqamətlərdə Xalqin rifahını təmin edir. Yəqin və dəqiq ki bir gun bu məsələdə həllini tapacaq.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar