Ru
11:04 / 15 Oktyabr 2026

Bu toplantı Azərbaycanın mövqeyini daha da gücləndirəcək

Bu toplantı Azərbaycanın mövqeyini daha da gücləndirəcək
Eye

Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı işə başlayır. Zirvə toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi və üzv dövlətlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Bakupost" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. AQEM Asiyada əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna və Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də platformada müşahidəçi statusu ilə təmsil olunurlar.

Deputatın sözlərinə görə, iqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü AQEM-də təmsil olunur. Platformaya üzv dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırır. Bu isə iqtisadi həcmi 47 trilyon dollardan çox olan dövlətlərin rəsmilərinin Azərbaycan paytaxtında bir araya gəlməsi deməkdir. ABŞ və Yaponiya kimi qlobal güclərin də müşahidəçi statusunda iştirakı platformanın iqtisadi əhəmiyyətini daha da artırır.

V.Bayramov qeyd edib ki, AQEM-ə üzv dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi getdikcə daha böyük prioritetə çevrilir. Prezident İlham Əliyevin Kambocanın Baş naziri və Laosun Prezidenti ilə görüşlərindən sonra mətbuata verdiyi bəyanatlarda da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərinin tanıdılması, eləcə də sıx iqtisadi əməkdaşlığın qurulması məsələləri ön plana çıxıb.

Deputat vurğulayıb ki, Azərbaycan regionda sülh və sabitliyin əldə olunmasında, eləcə də qorunub saxlanılmasında maraqlıdır. Son illərdə geniş coğrafiyanı əhatə edən dövlətlərlə əlaqələrini gücləndirən ölkəmiz bir sıra regional tərəfdaşlarla birgə layihələr də həyata keçirir.

Onun fikrincə, yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənir. AQEM-in VII Zirvə toplantısının Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunu və regiondakı mövqeyini bir daha təsdiqləyir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar