Ru
17:54 / 04 İyun 2024

Bu universitetə rektor əvəzi təyin olundu

11027
Üzeyir Ələmşah oğlu Zeynalov Mingəçevir Dövlət Universitetinə (MDU) rektor əvəzi təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib.


Qeyd olunub ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub. Əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazirin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Vaqif oğlu Bayramov vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər