Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətində olub.
Bakupost.az xəbər verir ki, E.Əzizov rayon icra başçısı, keçmiş vitse-spiker Adil Əliyev, onun müavinləri, şöbə müdirləri və digər məsul şəxslərlə görüş keçirib.
Görüş zamanı rayon üzrə görülən abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və mövcud problemlər müzakirə olunub. Eldar Əzizov görülən işlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib və öz tövsiyələrini bildirib.
Bakı meri Adil Əliyevlə münasibətlərinin yaxşı olduğunu qeyd edib, onun fəaliyyətini yaxından izlədiyini vurğulayıb.
Şəhər rəhbəri rayon icra başçılarına yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb etmişdi.
Adil Əliyevin töhmət alması həmin dövrdə ciddi müzakirələrə səbəb olmuşdu.
Azər
Baku Post