Ru
16:25 / 20 Aprel 2024

Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİR/FOTO

12942

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

**

16.08

Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb.

Bakupost.az xəbər verir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır.

13.58

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

Bakupost.az -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.


13.18

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Bakupost.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

Bu barədə Bakupost.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.


***

13.01

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.


Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün vəfat edib .


Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər