Ru
12:18 / 22 Yanvar 2022

Cavid Qurbanov atasına şeir yazdı

 Cavid Qurbanov atasına şeir yazdı
Eye

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, sabiq millət vəkili Cavid Qurbanov bu yaxınlarda itirdiyi atası Qənbər Şəmşiroğlu (Qurbanov) haqqında şeir yazıb.

Bakupost.az Gününsəsi.info-ya istinadən Cavid Qurbanovun atasının yoxluğuna həsr etdiyi “Ay ata” şeirini təqdim edir:

Sən olanda arxalı bir dağ idim

Qaldım sənsiz atasızam, ay ata.

İndən belə sənsizliyin dadını

Səhər – axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz

El yüküydü, ağır idi yükümüz

Cüt olanda gur çıxardı səsimiz

Tək qalmışam susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün

Atasından qanad alar həyatçün

Çətin olsa məsləhətçün, imdadçün

Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu

Qoruyacam ocağının qorunu

Bu həyatda sən qoyduğun yolunu

Ömür yolum biləsiyəm, ay ata.

Qeyd edək ki, Qənbər Qurbanov Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü idi.

Bundan başqa Qənbər Qurbanov uzun illər icra strukturlarında bir sıra vəzifələrdə çalışmışdı.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar