Ru
12:34 / 09 İyul 2024

Ceff Bezos nişanlısı ilə Türkiyədə - Restorana ödədiyi məbləğ ŞOK ETDİ - FOTO

8985
Amazon-un qurucusu və dünyanın ən zəngin iş adamlarından biri olan Ceff Bezos hər yay olduğu kimi bu yay da dostları ilə birlikdə Türkiyə sahillərinə üstünlük verib. Bezos Marmaris-Datça yolunda lüks bir restorana gedib və dostları ilə yediyi yemək üçün 100 min avro (184110 manat) ödəyib.

Bakupost.az xəbər verir ki, Ceff Bezos bu yaxınlarda 500 milyon dollar dəyərində “Koru” adlı ultra lüks yaxtası ilə Bodrumda lövbər salıb.

Keçən il nişanlandığı Lauren Sanchez ilə tətildə olan Bezos, dünən axşam Datçada əsasən Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edilən lüks restoranda yaxtasında qonaq etdikləri yaxın dostları ilə şam yeməyi yeyib.


Bezos dəbdəbəli restoranda dostları ilə yediyi yemək üçün 100 min avro (184110 manat) ödəyib.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər