Zinəddin Zidan Fransa millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
"Bakupost" xəbər verir ki , bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.
Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.
Zidan bu postda Didye Deşamı əvəzləyib. O, 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir.
Xatırladaq ki, 54 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində yalnız "Real Madrid"i çalışdırıb (2016–2018 və 2019–2021). O, Madrid təmsilçisi ilə 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Superkubokunun, 2 dəfə UEFA Superkubokunun və 2 dəfə FİFA Klublararası Dünya Çempionatının qalibi olub. Zidan Çempionlar Liqasını ard-arda 3 dəfə qazanan ilk və yeganə baş məşqçi kimi futbol tarixinə düşüb.