Ru
14:03 / 28 İyul 2026

Ronaldo serialda rol alacaq

Ronaldo serialda rol alacaq
Eye

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo futbol agentinin həyatından bəhs edən yeni dram serialında rol alacaq.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, o, eyni zamanda layihənin icraçı prodüseri kimi də fəaliyyət göstərəcək.

Xarici mətbuatın məlumatına görə, "Day 1s" adlanacaq serialın baş qəhrəmanı olan uydurma futbol agenti Stenli Daltonu "Vətən" (Homeland) və "Milyardlar" (Billions) serialları ilə tanınan britaniyalı aktyor Damian Lyuis canlandıracaq.

Bildirilib ki, serialın ssenarisi futbol agenti Darren Deynin ideyası əsasında hazırlanıb. Layihənin dram və komediya janrlarını bir araya gətirəcəyi, həmçinin iri yayım platformalarının diqqətini cəlb etdiyi qeyd olunur.

Məlumata əsasən, Ronaldo yalnız prodüser kimi deyil, ekran qarşısında da görünəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar