Ru
20:55 / 16 Sentyabr 2025

Cəlilabadda məktəblilər arasında bıçaqlaşma: Şagird öldü, cinayət işi açıldı

Cəlilabadda məktəblilər arasında bıçaqlaşma: Şagird öldü, cinayət işi açıldı
Eye

Cəlilabad rayonunda məktəblinin qətl edilməsi ilə bağlı cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki ,sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır

***
15:08
Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar