Ru
20:20 / 02 Aprel 2024

Cəlilabadda yol qəzasında xəsarət alanların durumu açıqlandı - YENİLƏNDİ

1531
Cəlilabad rayonunun yol qəzasında xəsarət alan şəxslərin durumu açıqlanıb.

Bakupost.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report" bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın təpə nahiyəsinin şişkinliyi diaqnozu, 1994-cü il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

18:40
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı minik avtomobilinin "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində iki qadın xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər