Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti aşkarlanıb.
Bakupost.az APA -ya istinadla xəbər verir ki, uşağın cəsədi ekspertizaya göndərilib.
***
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
Bakupost. az APA -ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.
Onun axtarışları davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.