Ru
11:16 / 01 Aprel 2024

CHP-nin qələbəsinin səbəbləri... - ŞƏRH

2750
“Ümumiyyətlə, hakimiyyətdə olan qüvvəyə qarşı həmişə müəyyən bir neqativ münasibət formalaşır. Bunun birinci səbəbi odur ki, müəyyən hakimiyyət qüsurları olur. Uzun müddətdir ki, Türkiyədə AKP hakimiyyətdədir və çox təəssüf ki, bu dövrdə dünyanın bütün ölkələrində iqtisadi böhran oldu. O cümlədən Türkiyənin özündə də ciddi böhran oldu. Faktiki olaraq, Amerika, Avropa ölkələri açıq şəkildə Türkiyə iqtisadiyyatını çökdürəcəkləri ilə bağlı müəyyən bəyanatlar verdilər".



Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Türkiyədə keçirilən bələdiyyə seçiləri haqda danışarkən deyib.

S.Cəlaloğlu daha sonra bunları əlavə edib:

“İkincisi, dünyada proseslər elə təhəlükəli istiqamətdə inkişaf etdi ki, Türkiyə milli gəlirin böyük bir hissəsini hərbi sənaye kompleksinə qoymağa məcbur oldu. Üçüncüsü, qonşu dövlətlərdən Türkiyəyə 3-4 milyona yaxın mühacir gəldi. Bütün bunlar Türkiyə iqtisadiyyatı, türk vətəndaşlarının həyatı üçün mənfi nəticələr doğurdu. Ona görə də faktiki olaraq bütün Türkiyə boyu CHP demək olar ki, böyük üstünlük əldə etdi. Bunun da səbəbi odur ki, camaat öz narazılığını seçki vasitəsilə ifadə edir. Bu tamam normaldır. Amma CHP-nin seçicilərin verdiyi səsə uyğun Türkiyədə nəsə müsbət bir nəticə əldə edəcəyinə, seçicilərin gözləntilərinə cavab verəcək bir siyasət aparacağına açığı, deyim ki, inanmıram”.

Qeyd edək ki, Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

Səsvermənin nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər