Ru
18:03 / 15 İyun 2025

Dəhşətli ssenari: İrana “quru əməliyyatı” başlayır, yeni dövlət yaradılır…

Dəhşətli ssenari: İrana “quru əməliyyatı” başlayır, yeni dövlət yaradılır…
Eye

İran İsrail üçün nüvə təhlükəsi yaratmış olsaydı, onu indi edərdi, İsrailə “kirli”, yəni radioaktiv uranium ehtiva edən raket atardı. Amma atmır. Xatırladaq ki, İran-İraq müharibəsində İraqın kimyəvi silah istifadə etməsinə baxmayaraq, İran eyni şeyi etməmişdi.

Bakupost.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İran-İsrail qarşıdurması haqda qeyd edib.

“İndi anlamaq olur ki, niyə İrana hücumdan əvvəl İsrail Livan və Suriyaya da zərbələr endirdi (bu hücumda ordan cavab zərbələri gəlməsin deyə). Müharibə bir az uzun çəkə bilər”, - ekspert bildirib.

Onun fikrincə, hazırda ABŞ və İsrail İranda yerləşdirdiyi geniş agentura şəbəkəsi sayəsində orada yaşayan kürdləri silahlandırmağa və mollalara qarşı ayaqlandırmağa çalışır:

“Daha əvvəl eyni ssenari İraq və Suriyada gerçəkləşdirilmişdi. Hazırki ABŞ-İsrail tandeminin bölgədə apardığı siyasətinin başlıca 3 məqsədi var:

1. İsrail torpaqlarının genişləndirilməsi;

2. Bölgədə Suriya-İran-İraq-Turkiyə torpaqları üstündə kürd dövlətinin yaradılması;

3. İsrailin siyasətinə qarşı çıxa biləcək dövlətlərin zəiflədilməsi.

Bu müharibə özlüyündə - nə qədər qəribə səslənsə də - dini müharibədir. Onun motivləri dinidir.

Tanax və Torada müxtəlif yerlərdə Tanrı yahudi millətinə (İbrahimə və onun xalqına) torpaqlar vəd edir:

Tora (Tövrat:) Genesis (Yaradılış kitabı), 15, 18-21: Həmin gün Rəbb Abramla (İbrahimlə) bir əhd bağladı və dedi: “Mən bu torpağı sənin nəslinə verirəm — Misir çayından böyük Fərat çayına qədər olan ərazini — Kenilər, Kenizzilər, Kadmonlular, Hittilər, Perizzilər, Refailər, Amorilər, Kənanlılar, Girqaşilər və Yevusilərin torpağını”.

Bəmidbar kitabı 34:1-12-də isə Tanrı İsrail oğullarına bu torpağın sərhədlərini təyin edir. Burada qərbdə Aralıq dənizindən cənubda Zin səhrasına və Misir vadisinə qədər, şərqdə İordan çayına qədər ərazilər göstərilir.
İsrail üçün məsələ bu qədər sadədir. Sübutu da Netanyahunun ağlama divarında daşın arasına qoyduğu qeyddir (dini motivlərin oluşu).

İranın da yürütdüyü xarici siyasətin bir qismi dini motivlidir (şiə qruplaşmaların dəstəklənməsi), bir qismi isə deyil (Ermənistana dəstək olması).

ABŞ üçün bu məsələ daha çox Yaxın Şərqdə keçirdiyi “parçala – hökm sür/istismar et” siyasətinin tətbiqidir”.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar