Ru
15:44 / 14 Mart 2023

Dialoq təklifinə təxribatla cavab: Qarabağda nə baş verir? - Şərh

5921
“Ermənistanın niyyəti Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınmaqdır”.

Bunu politloq Məhəmməd Əsədullazadə dünəndən etibarən Ermənistan tərəfininoOrdumuzun mövqelərini atəşə tutması ilə bağlı xəbərləri şərh edərkən Bakupost.az -a bildirib.

Politoloq qeyd edib ki, Avropa İttifaqı müşahidə missiyasının bölgəyə gəlişindən sonra Ermənistan atəşkəsi pozmağı başlayıb:


"Bu, gözlənilən idi. Çünki onlar Azərbaycan əleyhinə hesabat hazırlamalıdırlar. Azərbayacana qarşı Ermənistanı siyasi təzyiq aləti kimi formalaşdırmağa çalışırlar. Ermənistanın da əsas niyyəti və planı bundan ibarətdir ki, Azərbaycanla sülh müqaviləsindən yayınsın. Buna görə də əlavə şərtlər irəli sürərək prosesi sabotaj edir, dövlət sərhədində atəşkəsi mütəmadi olaraq pozur. Ermənistanın bu davranışları Cənubi Qafqazda sülhə nail olmağımızı əngəlləyir".

Politoloq hesab edir ki, Azərbaycan tərəfi diplomatik xəttlə Qərbi, beynəlxalq təşkilatları məlumatlandırmalıdır:

"Azərbaycan Qarabağda yaşayan ermənilərlə obyektiv dialoq qurmaq istəyir. Lakin göründüyü kimi, Ermənistan tərəfi bu məsələdə təxribata əl atır. Həmçinin Rusiya sülhməramlı hərbi kontingenti üzərinə düşən vəzifəni yerinə yetirmir".

Əfsanə Rəcəb,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər