Ru
00:25 / 22 Fevral 2024

Dilimizi "Bulaq"da suya çəkən Mövlud...

8434

Real TV -nin rəhbəri Mir Şahin Ağayev bu gün dünyasını dəyişən Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlının vəfatı ilə bağlı paylaşım edib.


Bakupost.az həmin paylaşımı təqdim edir:

"Mövlud Süleymanlı keçindi-Şam kimi. Keçdi-Ocaq kimi. Çox böyük bir yazıçımız yazıldı, oxundu, bitdi. “Köç”, “Dəyirman”, “Səs”, “Yel Əhmədin bəyliyi”…və s. Belə… ”Və s.” yazıram, amma o saat da yadıma düşür ki, həmişə “Əsərlərimdə bircə dənə də “və” tapa bilməzsən!” deyər, bununla fəxr edərdi. Qəribə yanaşması var idi, deyərdi ki, “və” ərəb istilasının rəmzi kimi qalıb cümləmizdə. Guya birləşdirir, əslində isə ayırır…

Mövlud Süleymanlı Azərbaycan radiosunun əfsanəvi “Bulaq” verilişinin əsası idi, yaradanı idi. Dilimizi bu bulaqda suya çəkərdi, pak edərdi. Sözlərimizin, folklorumuzun dadı, tamı Səməndər Rzayevin-Baba, Məhluqə Sadıqovanın Nənə səsi ilə burdan axıb keçərdi…

Mövlud nəhəng yazıçımız idi. Xalis, sırf yazıçımız… Amma mən onu təkcə bədii əsərləri ilə xatırlamayacam…
O dualar yazırdı. O dualar radioda oxunurdu… Hər günün duası var idi. Gecə səslənirdi. Səhər üçün…
Bax bu gün mən o duaları dinləmək istərdim! Həm də Mövludun ruhuna özünün oxuduğu dualar kimi! Allah rəhmət eləsin! Başqa dünya, bir ayrı aləm üçün Mövludun mübarək, Ədəbiyyatımızın Həyası!"

Allah rəhmət etsin.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər