“Son bir neçə ildir ki, dollar beynəlxalq ticarətdə çəkisini itirib. Dünya iqtisadiyyatında dollarla ticarət azalıb. Buna səbəb 2000-ci illərin ortalarında avronun güclənməsi və cəlbedici valyutaya çevrilməsidir. Məhz 2000-ci ildən sonra bəzi iri müqavilələr avro ilə bağlanmağa başlayıb”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.
Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir. Belə ki, neft müqavilələri və ərzaq məhsulları üzrə sazişlər dollarla bağlanır:
“Fikrimcə, bu yaxın gələcəkdə də belə olacaq, dəyişməyəcək. Lakin dolların rolunda azalma tendensiyası davam edəcək”.
Natiq Cəfərli vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında dollar mühüm rol oynayır. Çünki bütün müqavilələr ənənəvi olaraq dollarla bağlanır:
“Dünyada müşahidə olunan ABŞ valyutasının payının azalması üzrə qlobal tendensiya Azərbaycanda hələ hiss olunmayıb. Yaxın zamanlarda da hiss olunacağını düşünmürəm”.
Sevinc,
BakuPost