Xeyli vaxtdır ictimai tədbirlər və mediada görünməyən sabiq deputat, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Bakupost.az -a geniş videomüsahibə verib.
O, müsahibədə hazırda elmi-pedoqoji fəaliyyətlə məşğul olduğunu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında çalışdığını, bununla belə ictimai-siyasi həyatdan tamamilə uzaqlaşdığı haqda fikirlərlə razılaşmadığını bildirib. Hazırda YAP-da təmsil olunan sabiq deputat "Sosial sahələrin idarə edilməsi" adlı yeni kitabının çapdan çıxdığını da deyib.
Təhsil, əhalinin sosial müdafiəsi, uşaq pulu və s. məsələlərlə bağlı tənqidi fikirlərini açıqlayan Hadı Rəcəbli bir sıra etiraflar edib və keçmiş dostlarından gileylənib. O, deputatlıqdan getdikdən sonra dostlarının 80 faizinin ondan uzaqlaşdığını vurğulayıb.
Daha ətraflı videomüsahibədə:
Zahid
BakuPost