Ru
10:39 / 06 Oktyabr 2023

Dünyada satılan ilk mobil telefon: Motorola DynaTAC 8000X

17732
Düz 40 il əvvəl Motorolanın 15 illik zəhməti nəticəsində istehsal edilən ilk telefonu Motorola DynaTAC 8000X modeli 4 min dollara satışa çıxarılmışdı.

Bakupost.az xəbər verir ki, Dr. Martin Cooper və Rudy Kroloppun ixtirası, cihaz sonrakı bütün cib telefonlarına təsir etdi.

İlk tanınan mobil telefonlardan biri olan Motorola DynaTAC 8000X 1983-cü ildə ortaya çıxdı və artıq 40 yaşı tamam olur.

Motorola 1992-ci ildə buraxılmış Motorola International 3200-ü ilk GSM telefonu kimi təqdim etsə də, şirkəti öz dövrünə gətirən DynaTAC 8000X oldu.

Müasir mobil telefonların atası olan Motorola DynaTAC 8000X təxminən 800 qram ağırlığında və 33 x 4,5 x 8,9 santimetr ölçüdə idi.

Bir saata qədər danışmağa imkan verən telefon ilk ilində 300 min ədəd satışa çatdı.

O vaxtdan bəri mobil telefonların inkişafına Motorola böyük təsir göstərmişdir. Üstəlik, DynaTAC 8000X şirkətin sonrakı modellərinin böyük uğur qazanmasına yol açdı.

1999-cu ildə Motorola tərəfindən buraxılan Timeport 7089, şirkətə görə ilk üç diapazonlu mobil telefon idi. 2000-ci ildə tanış olduğumuz Timeport 260 ilk GPRS cihazı kimi seçildi.

İlk UMTS telefonu 2012-ci ilin fevralında buraxılan A830 idi. Ancaq təəssüf ki, 2010-cu ildən sonra işlər Motorola-nın istədiyi kimi getmədi. Şirkət ilk dəfə 2011-ci ildə Google tərəfindən alınıb və 2014-cü ildə Lenovo-ya təhvil verilib.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər