Xəbər verildiyi kimi, UEFA Millətlər Liqasında Fransa millisi Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Sözügedən qarşılaşmada Türkiyə millisinin qapısına yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub.
"Bakupost" xəbər verir ki, matçda hesabdan əlavə, "Real Madrid"də birlikdə çıxış edən Arda Gülər və Kilian Mbappe arasında yaşanan anlar da diqqət çəkib.
Türkiyə-Fransa matçında zədələnən Mbappenin yanına gedən Arda komanda yoldaşına göstərdiyi diqqətlə İspaniya mətbuatının diqqətini çəkib. "AS" qəzeti Arda Gülərin Kilian Mbappenin vəziyyətindən olduqca narahat və gərgin göründüyünü yazıb.
54-cü dəqiqədə qol vuran Mbappe qısa müddət sonra dizində yaranan problem səbəbindən yerə yıxılıb. Tibbi müdaxilədən sonra oyuna qayıdan fransalı ulduz bir müddət sonra yenidən özünü pis hiss edib. Mbappe 59-cu dəqiqədə əvəzlənib və onun yerinə Desire Due meydana daxil olub. (Musavat.com)