Dünyanın ən yaşlı kişisi 113 yaşını qeyd edib.
Bakupost.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabına düşən Xuan Visente Mora 113 yaşında doğum günü keçirib.
Venesuelanın Taçira əyalətinin El Kobre şəhərində 10 uşaqlı ailənin 9-cu övladı olaraq dünyaya gələn Mora 27 may 1909-cu ildə anadan olub.
Hər səhər günə bir fincan kofe ilə başladığını bildirən Mora ətrafdakılara “Çox çalışın, tətilə çıxın, tez yatın, Allahı sevin və onu hər zaman ürəyinizdə daşıyın”, - deyə tövsiyələrini verib.
Fərid
BakuPost