Dünyanın ən yüksək səsinin sizi öldürə biləcəyini bilirdinizmi?
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 1883-cü ildə İndoneziyada Krakatoa vulkanı püskürərək tarixin ən ölümcül səsini çıxarıb.
Bu partlayış inanılmaz səviyyəyə - 180 desibelə çatıb. Partlayış Krakatoa adasını tamamilə məhv etməklə yanaşı, həm də 200 meqatonluq bombanın gücünə bərabər enerji buraxıb.
Partlayışdan 160 kilometr aralıda yerləşən Cakartada qaz zavodunda bu səs 172 desibel ölçülüb. Partlayışdan 64 kilometr aralıda gəmidə olan dənizçilərin isə qulaq pərdələri partlayıb.
Vasif
BakuPost