Ru
17:10 / 06 İyun 2022

Əhaliyə ŞAD XƏBƏR - Maaş və pensiyalar artırıla bilər

19132
Qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra hələ belə vəziyyətə düşməyib. Ekspertlər bu fikirdədirlər. İqtisadçılar düşünür ki, inflyasiya idarəolunmaz həddə çatıb, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir.

Şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması getdikcə çətinləşir. İstehsal və ticarət əlaqələri qırıla-qırıla gedir. İnkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ciddi narahatlıq hökm sürür. İqtisadçıların əksəriyyəti buna səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir.


Bəs tək səbəb budurmu? Belə şəraitdə ölkəmiz ərzaq böhranından yan keçə biləcəkmi? İlin sonuna bizi nə gözləyir?


Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.


O, bu vəziyyətin təsirini azaltmaq üçün müəyyən tədbirlərin görülməli olduğunu bildirib:





“Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi təsir göstərir. Azərbaycan bu dövlətlərdən kifayət qədər mal idxal edir. Dünyada da çox ciddi ərzaq qıtlığı var. Ona görə də, bunların Azərbaycana da ciddi təsiri var. Təbii ki, məsələlər əhalinin müəyyən narahatlıqlarına səbəb olur. Bunların qarşısını almaq üçün tədbirlər görməliyik.


Yaxın vaxtlarda biz dövlət büdcəsinə yenidən baxacağıq. Çünki neftin qiyməti yüksəkdir. Əvvəl 50 dollar idi, indi isə 100 dollardan yuxarıdır. Ola bilər ki, dövlət büdcəsindən əlavə vəsait ayrılsın.

Eyni zamanda, Qarabağda gedən işlərə də vəsait ayrımalıdır. Orada dövlət başçısının rəhbərliyi altında çox ciddi, sürətli işlər gedir.
Sosial sahədə də müəyyən problemlər var. Biz onları da həll etməliyik. Prezident özü dedi ki, bəzi məhsullarda inflyasiya 18-19%-ə çatır. Ola bilər ki, müavinət, pensiya, əməkhaqqı məsələlərinə baxılması vacib olsun.


Azərbaycan digər dövlətlərdən fərqli olaraq ciddi problem yaşamır. Çünki kifayət qədər valyuta var. Yəni ciddi proses gözlənilmir. Amma bu müharibə uzun müddət davam edərsə, bizə də müəyyən təsirləri olacaq”.


Aynur
Baku Post
Şərhlər
  • MƏMMƏD

    Bəli bizdə də normal deputatlar olaa bilər, normal hökümət olaa bilər, qanun şah ola bilər......Boş-boş sifarişlə danişmamaq olar....

  • Məhəmməd

    Boş. və alan,təsdiqini tapmayn məlumatlatı saytda yerlə.dirib insanların əsəbi ilə oynayırsınız.Bu bir növ cinayət əməlidir.Belə yanlış məlumatlar ilin əvvəllərində də yazılırdı.Niyə saytların yazılarına diqqət yetirilmir? Dövlət orqanları niyə fəliyyətsizlik göstərirlər.?

  • Aynur-a

    Bəs bu kifayət qədər valyuta insanların rifahına niyə xərclənmir.Ayrı=ayrı məqsədlərə yönəldilir ki, bunun da 60-70 faizi yeyilir.İnsanlara isə neç nə çatmır.Pensiya ilə yaşamaq ümküç deyil_(o yalnız 8-10 gün yaşama çatır),müavinətlər daha pis,maaşlar dondurulub,qiymətlər isə hr gün artır.Bəs kifayət valyuta kimin cibində qalır?

  • Maliyyəçi

    Kifayət qədər valyuta müxtəlif fondlarda (məsələn neft fondi,H.Əliyev fondu və s. ) toplandıından dövlət büdcəsinə təsiri çox azdır. Bütün fondlar ləğv olunmalı və Azərbaycana daxil olmalar büfcədə toplanmalı və ciddi nəzarətdə olmalıdır.Məsrəflər isə ciddi nəzarətdə olmalıdır.Yalnız bu zaman əhali öıkə gəlirlərindən faydalana bilər.

  • Vətəndaş

    Vahid müəllim ara bir (bəlkə sifarişlə) yaxçı çıxışlar edir.Bəs bu çıxışlar nə ilə nətcələnirb? Əslində isə bu insanları qıcıqlandırır və deputatın sözünün kəsəri olmadığına dəlalət edirƏslində isə deputat belə məsələlərin Parlamentdə qaldırılaraq müzakiredilməsinə,müvafiq qərar çıxarılmasına çalışmalı və MM -in qərarına əsasən Prezidentin fərmanı ilə təsdiqlənərək həyata keçirilməlidir.Boş mülahizələrdən millət artlq bezib Vahid müəllim!.

  • Zərifə Bəşirqızı

    Bu başlığın yazının məğzinə dəxli var?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər