“Son 3 ilin statistikası onu göstərir ki, əkinə yararlı torpaqların arealı təqribən 40%-i azalıb və ya şoranlaşıb”.
Bakupost.az xəbər verir ki, bu barədə
iqtisadçı, beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, «Bureau De Qualite» şirkətinin rəhbəri Asif İbrahimov bildirib:
“Onda ortaya belə bir sual çıxır, əkinə yararlı torpaqlar azalırsa, ölkənin ərzaq təhlükəsizliyi ciddi təhlükə altındarsa, tək 2021-ci ildə kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı təqribən 49% artıbsa, AR Kənd Təsərrüfatı Nazirliyinin bir çox funksiyasını AR İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilirsə, Kənd Təsərrüfatı Nazirliyinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə milyardlarla vəsait niyə ayrılır və bu dövlət qurumları nəyə lazımdır?”.
BakuPost